Gəncədə icra başçısına sui-qəsd hazırlandı.

11-12-2014, 13:58
Müəllif: sous.az media
Baxış sayı: 64
Rəylər: 0
Çap versiyası
Gəncədə icra başçısına sui-qəsd hazırlandı.

Dekabrın 10-da saat 11.30 radələrində Gəncənin Avtozavod qəsəbəsi adlanan ərazisində Nizami rayon İcra Hakimiyyətinin əməkdaşları tərəfindən qanunsuz tikililərin sökülməsinə etiraz əlaməti olaraq həmin qəsəbədə yaşayan Kəlbəcər rayon sakinlərindən 50-60 nəfəri Gəncə-Göygöl avtomobil yolunu bağlamağa cəhd göstərib. Sous.az-ın Mia.az-a istinadən verdiyi xəbərə görə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən məlumatına görə, cəhdin qarşısı alınarkən Gəncə Şəhər Baş Polis İdarəsinin 5 əməkdaşı və orada olan rayon İcra Hakimiyyətinin başçısı və müavini xəsarət almış, habelə Şəhər Baş Polis İdarəsinə məxsus 2 ədəd xidməti avtomobilin şüşələri sındırılıb.

Xəsarət alanlar Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilmişlər. Onlardan 2 nəfərin vəziyyəti qənaətbəxş, digərlərinə isə ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.

Faktla əlaqədar Gəncə şəhər Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 315-ci maddəsi (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) ilə cinayət işi başlanılıb.
Məqalənin reytinqi:
  
Hörmətli istifadəçi siz saytdan QEYDİYYAT keçmədən daxil olmusunuz.Saytdan tam istifadə üçün qeydiyyatdan keçin.

Bilgi

Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.